İTSDA xəstəxanalarda “Adrenalin” çatışmazlığı ilə bağlı xəbərlərə münasibət bildirib

0
275

Tibb müəssisələrində “Adrenalin” çatışmazlığı ilə bağlı Agentliyə müraciət daxil olmayıb.

Bu barədə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) bildirilib.

Qeyd edilib ki, TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri tərəfindən Agentliyə təqdim olunan müraciət əsasında cari il ərzində “Adrenalin” dərman preparatının təchizatı təmin edilib.

“Hazırda sözügedən tibb müəssisələri tərəfindən adı çəkilən dərman vasitəsinin çatışmazlığı ilə bağlı Agentliyə heç bir müraciət daxil olmayıb”, açıqlamada deyilir.