İtlərin hücumu nəticəsində Göyçayda 10-cu sinif şagirdi ölüb

0
328
Təcili yardım avtomobili

Həkimlərin səyinə baxmayaraq, gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan evə gətirilən A. Ömərov ötən gecə yaşadığı evdə dünyasını dəyişib.

İlkin məlumata görə, Göyçay rayon Qarabaqqal kənd sakini, 15 yaşlı Arif Asif Oğlu Ömərov Novruz bayramında gecə radələrində kənddəki evlərin birinə papaq atmaga gedərkən küçədə itlərin hücumuna məruz qalıb. İtlərdən qorxub halı pisləşən yeniyetməni ailə üzvləri Göyçay rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Həkimlərin səyinə baxmayaraq, gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan evə gətirilən A. Ömərov ötən gecə yaşadığı evdə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.