Görkəmli dövlət xadimi, mərhum politoloq Vəfa Quluzadənin vaxtilə Rusiya-Türkiyə münasibətləri haqqında dediyi tarixi sözləri bir neçə güdür ki, sosial şəbəkələrdə yayılmasından sonra təkrar oxuculara təqdim etmək zərurəti hiss edib.
Həmin səs yazısı bu linkdə: http://www.moderator.az/news/281923.html
Bu gün Rusiya və Türkiyə arasında baş verən yaxınlaşmasını səmimi istəkdən yaranan dostluq kimi qiymətləndirmək olarmı? Tarix boyu bir-birini həzm edə bilməyən bu iki imperiya bu gün də mehriban düşmənlər statusundadır. Sizcə Türkiyə ötənlərtdə, ən azı ötən 100 ildə Rusiyanın ermənilərin əli ilə Türk millətinə yaşatdıqları acıları unudubmu?
Moderator.az bu sualla ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlıya müraciət edərək onun fikirlərini öyrənməyə çalışıb:
“Dövlətlərarası münasibətlərdə bir – birindən fərqli diplomatik anlayışlar olur. Strateji ortaqlıq və ya müttəfiqlik kimi və s. Rusiya ilə Türkiyə arasında belə anlayışlar heç vaxt olmayıb. Atatürk və Lenin zamanında, 1920-ci illərdə Rusiya – Türkiyə münasibətləri “Ön dostluq” anlaşması adlanıb və bu anlaşmalar müəyyən müddəti deyil, konkret həmin dövr və situasiyadan ortaya çıxan məcburiyyət olub. O zaman da hər iki dövlətin zamanın diqtə elədiyi məcburi birgə addımlar sonra heç olmamış kimi unudulub. İndi də Rusiya ilə Türkiyənin yaxınlaşması ortaya çıxan və çox da ciddi əhəmiyyət kəsb etməyən maraqlardan qaynaqlanır. Bu, nə strateji ortaqlıqdır, nə müttəfiqlik. Bəlkə gələcək siyasi situsiya bunu ortaqlığa və yaxud müttəfiqliyə, dostluğa çevirəcək, bunu indidən söyləmək çətindir. Amma bir şey məlumdur ki, bu iki ölkə ən azından 100 ildir ki, savaşmırlar və bu, önəmli qazanclardan biridir. Bölgədə Rusiya ilə Türkiyənin qarşıdurması yeni müstəqil addımlarını adan Azərnaycan üçün faciələrə səbəb ola bilərdi. Amma Vəfa Quluzadə rəhmətliyin dediklərindən çıxış etsək gərək biz də o fikirdə olaq ki, Rusiya Türkiyənin dostu ola bilməz. Vəfa müəllim tarixə baxıb söyləyirdi, bir az da eyforiyaya qapılıb hisslərini dilləndirirdi, həm də həmin zamanlar Rusiya Azərbaycana qarşı özünü çox azğın aparırdı. Rusiya televiziyaları Jirinovskinin və bir başqasının dilindən Türkiyəyə nifrət püskürürdü, bizim və Türk dövlətinin başına gələn bütün bəlaların məhz Şimaldan gəldiyini haqlı olaraq vurğulayırdı. Amma Qərbdən də az bəlalar gəlməyib. İndi oturub bütün bunları uc – uca bağlasaq onda gələcək mövcudiyyətimizlə bağlı bir az da ümidli olmamalıyıq. Amma mövcud olmaq və güclü olmaq üçün fəaliyyət göstərməliyik və “itlə dostluq elə, amma çomağını da əldən vermə” prinsipləri ilə çalışmalıyıq. Bəli, Rusiya Azərbaycana yaşadılan faciələrin bir çoxunda ermənilərin ortağı olub. Onlara yardım edib. Amma bunun belə davam etməməsi üçün ağıllı diplomatiyaya gərək yoxdurmu. Türkiyədə elə hesab etməyin ki, Rusiyanın nə demək olduğunu və ona güvənin nə dərəcədə təhlükəli olduğunu anlamırlar. Şipka açırımındakı faciələr, Balkanlarda ölüm – itimlər, Sarıqamış faciəsini unudublarmı zənn edirsiniz? Yox. Sadəcə olaraq dünyada dəngələr, qaydalar dəyişib. Həm də hər hansı hakimiyyətin bu gün yeritdiyi siyasətin əbədi olacağına kim qarantiya verə bilər? NATO ölkəsinin bu təşkilatın buxovlarından çıxıb müstəqil diplomatik cəsarət nümayiş etdirməsi ola bilsin qısqanclıqla qarşılansın, narazılıq doğursun. Amma heç bir NATO ölkəsi cəsarət edib Türkiyənin bu qurumdan çıxarılmasını tələb edə bilməz. Çünki Türkiyə regional bir gücdür və onun hesablaşmaq zorundadırlar. O cümlədən də Rusiya…”