Bir həftə əvvəl Hacıqabuldan Şirvan şəhərinə qonaq gələn gənc qadın itkin düşüb.
DİN Mətbuat xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Hacıqabul rayon sakini Əslanə Ablıyeva oktyabr ayının 12-də Şirvan şəhərində qonaq gəldiyi evdən çıxaraq bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.