“İtirilmiş şəhər” tapıldı: həyatın sirri 1268 metr dərinlikdədir

0
79

Atlantik okeanında həyatın ilkin kimyasının formalaşdığı və qorxunc qaya qüllələri ilə maraqlı mənzərə yaratdığı güman edilən yeni bir bölgə kəşf edilib.

Alimlər kəşf etdikləri 1 mil uzunluğundakı əraziyə “İtirilmiş şəhər” və “Cənnət bağı” adını veriblər.

Bu yer okeanın 1268 metr dərinliyində qayalıq ərazidə yerləşir. Bu kəşflə həyatın mənşəyinə dair ipucuların tapıldığı iddia edilib.

Massaçusets ştatında “Woods Hole” Okeanoqrafiya İnstitutunun ekspedisiya üzvü Frieder Klein bu barədə açıqlama verib: “Bizim indi planetdə həyatın yaranmasında iştirak etdiyi güman edilən prosesləri sistematik şəkildə öyrənməyə imkan verəcək daşlardan ibarət xəzinəmiz var”.

Araşdırma “Science” jurnalında dərc olunub.