İtaliyanın baş naziri Mario Draqinin COVID-19 testi müsbət çıxıb.
Məlumata görə, hökumət başçısı xəstəliyi simptomsuz keçirir.
Yoluxma səbəbindən baş nazir Anqola və Konqoya planlaşdırılan işgüzar səfərlərini həyata keçirə bilməyəcək.
Onu İtaliyanın xarici işlər naziri Luici Di Mayo və ətraf mühit naziri Roberto Çinqolani əvəz edəcək.
Mənbə: iz.ru