İtaliyada qətliam – Sərxoş sürücü alman turistləri öldürdü

0
486
İtaliyada təcili yardım avtomobili, arxiv şəkli
İtaliyanın şimalındakı Tirol vilayətinin qış-xizək turizmi bölgəsi sayılan Lutaqoda sərxoş sürücü avtomobili Almaniiyadan gəlmiş turistlərin üstünə sürüb. Hadisə nəticəsində 6 turist ölüb, 11-i yaralanıb

İtaliyada almaniyalı turistlər qəzaya düşüb.

Təcili tibbi yardım avtomobili, arxiv şəkliİtaliyanın şimalındakı Tirol vilayətinin qış-xizək turizmi bölgəsi sayılan Lutaqoda sərxoş sürücü avtomobili Almaniiyadan gəlmiş turistlərin üstünə sürüb. Hadisə nəticəsində 6 turist ölüb, 11-i yaralanıb.

Hücumun Avstriya ilə sərhədə yaxın yerləşən klublardan birinin qarşısında baş verdiyi bildirilir. Yaralı turistlərin bir qisminə İtaliyada, bir qisminə isə Avstriyada yardım göstərilib.

Polis sürücünü saxlayıb, onun 28 yaşlı olduğu və həddindən çox spirtli içki qəbul etdiyi bildirilir.

Hadisə yerinə İtaliyanın xilasetmə xidmətinin 160-dan çox əməkdaşı cəlb olunub. Hələ ki, maşınla vurulmuş turistlərin adları açıqlanmayıb.