İtaliyanın cənubundakı Bari şəhərində çökən binanın dağıntıları altında qalan yaşlı qadın 24 saatdan sonra xilas olunub.
Fasiləsiz davam edən axtarış-xilasetmə işlərindən sonra 74 yaşlı qadın dağıntılar altından sağ çıxarılıb və xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, istifadəyə yararsız elan olunan və sakinlərinin təxliyəsinin davam etdiyi bina martın 5-də çöküb. Faktla bağlı istintaq başladıb.