İtaliyanın paytaxtı Romanın küçələrində nasist diktatoru Adolf Hitlerin “Roma” futbol klubunun formasında təsviri olan stikerlər yayılıb.
Yanvarın 25-i çərşənbə günü Romanın müxtəlif ərazilərində yol nişanlarında və evlərin pəncərələrində stikerlər peyda olub.
Yerli mətbuatın iddiasına görə, bu əməli törədənlər Hitlerin fikirlərinin tərəfdarı olan bir qrup “Roma” azarkeşidir.
Roma meri Roberto Qualtieri məsələ ilə bağlı “tvitter” hesabında belə yazıb:
“Bu gün şəhərimizdə “Roma” formasında peyda olan Hitlerin stikerləri biabırçılıqdır. Bu, xüsusilə də anım günü ərəfəsində (Holokost qurbanlarının anım günü) yolverilməzdir. Biz onları dərhal aradan qaldırmaq üçün addımlar atmışıq. Bu əməli törədənlərə ayıb olsun”.