İtaliyanın “Kalyari” klubunun futbolçuları aprel ayının maaşından imtina ediblər.
Bu barədə Sardiniya klubunun mətbuat xidməti məlumat yayıb.
Klub prezidenti daha az maaş alan işçilərinə maddi cəhətdən kömək etmələrinə görə futbolçularına xüsusi minnətdarlığını ifadə edib.
Qeyd edək ki, “Kalyari” klubu cari mövsümdə keçirdiyi 25 görüşdən sonra 32 xalla turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.