Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində it sürüsü azyaşlı uşağa hücum edib.
Baş vermiş hadisə yaxınlıqda yerləşən hündürmərtəbəli binanın sakini tərəfindən çəkilərək, sosial şəbəkədə paylaşılıb.
Görüntülərdə günün işıqlı vaxtında bir neçə itin azyaşlıya hücum etdiyi əks olunub. Köməksiz vəziyyətdə qalan uşaq yalnız əlləri ilə itlərin hücumunun qarşısını almağa çalışır.