İt saxlayanların ürək-damar xəstəliyi OLMURMUŞ

0
565

Dünya alimləri ev heyvanlarının sahiblərinin, xüsusən də it saxlayanların, ürək-damar xəstəlikləri və qan dövranı pozğunluqları ilə əlaqədar vaxtından əvvəl ölüm riskinin daha az olduğu müəyyənləşdirib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, tədqiqat tibbi tarixində ürək-damar xəstəliyi olmayan 1769 nəfər iştirak edib.

Mütəxəssislər könüllü həyat tərzi məlumatlarını toplayaraq bədən kütləsi indeksi, fiziki fəaliyyət, qan təzyiqi, qan şəkəri və xolesterol kimi sağlamlıq göstəricilərini qiymətləndirilib. Heyvan sahiblərinin daha çox fiziki cəhətdən aktiv olduqlarını və sağlam pəhrizə riayət etdikləri ortaya çıxıb. Onların qan şəkəri optimal səviyyədə olub.

Ən böyük fayda, yaşından, cinsindən və təhsil səviyyəsindən asılı olmayaraq, köpəyi olanlar alıb. Alimlərin fikrincə, ev heyvanlarına sahib olmaq sağlamlığınızı yaxşılaşdırmaq üçün potensial bir yoldur. Bir itin olması insanlara daha tez-tez çöl-bayıra çıxmağa və ev heyvanları ilə aktiv oyunlar oynamağa kömək edir.

Bundan əlavə, psixoloji vəziyyətini yaxşılaşdırır və sosial xaricolmağın qarşısını alır.