İt həyatı bahasına uşağı kobradan xilas etdi – VİDEO

0
546

Filippinin Kidapavan şəhərində müşahidə kamerasına iki itin evin girişində bir yaşlı uşağı zəhərli ilandan fədakarcasına qorumaları düşüb.
Kadrlardan görünür ki, kobranı görən Moksi ləqəbli it pəncələri ilə ona hücum edir. Mayli ləqəbli qara rəngli köpək də dərhal ilanı dişləməyə başlayır.
İtin kobra ilə 10 dəqiqəyə yaxın davam edən davası nəticəsində ilan itlərdən birini dişləyə bilib. Ancaq az sonra zəhərin təsiri nəticəsində Mayli ölüb. Maksi sağ qalsa da, kobra onu da dişləyib. Nəticədə zəhərin təsirindən gözləri kor olub.
“Mən arvadımla işdə olmuşam. Qayıdanda nə baş verdiyini bizə dayə söylədi. Bizi kameraya baxdıq. Şoka düşmüşdük. Bizim qızımızı müdafiə edən itlərimin qarşısında ödənməyən borcumuz qaldı”, – qızın atası Hayme Selima deyib.