İsveçrə siyasətçiləri və mediasına Ermənistanın təxribatları barədə məlumatlar verildi – FOTO

0
411

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə Ermənistanın törətdiyi təxribatçı əməllərin İsveçrə Konfederasiyasının rəsmi orqanlarının diqqətinə çatdırılması məqsədi ilə, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşəbüssü ilə Bern  paytaxt  şəhərinin prezidenti Alek von Qraffenrid arasında 15 iyul 2020-ci il tarixində görüş keçirilib. Eyni zamanda İsveçrə parlamentində İsveçrə-Azərbaycan Dostluq  Qrupunun yeni sədri Liberallar siyasi partiyasının üzvü (FDP) Loran Verli, İsveçrənin ən böyük çəkiyə malik siyasi partiyası olan İsveçrə Xalq Partiyasının (SVP) üzvləri Cenevrə kantonundan olan millət vəkili İv Nidegger və Tiçino kantonundan olan millət vəkili Marko Çiesa Ermənistan son hərbi təxribatı ilə bağlı təfərüatlı şəkildə məlumatlandırılmışlar.

Azərbaycanın İsveçrədəki səfirlyindən  verilən məlumata görə, həmçinin sözügedən təxribat ilə bağlı İsveçrənin Xarici İşlər Nazirliyi, nüfuzlu siyasətçiləri, aparıcı mətbu orqanları o cümlədən Sürixdə yerləşən hal-hazırda İsveçrənin ən böyük və funksional mətbəə mərkəzi olan “Tamedia AG” şirkəti Azərbaycanın İsveçrədəki Səfirliyi tərəfindən məlumatlandırılmışdır. İsveçrədə erməni yalanları və təxribatlarının ifşa olunması istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir.

Qeyd edək ki, görüşlər zamanı əsas müzakirə mövzusu son günlər Ermənistan tərəfindən törədilən hərbi təxribat olmuşdur. Səfir Xanım İbrahimova vurğuladı ki, Azərbaycanın regionda liderlik mövqeyi, son zamanlar yüksək sürətlə artan inkişafı işğalçı Ermənistan dövlətini qıcıqlandırmaya bilməzdi. Ermənistanın bu təxribatı törətmək məqsədlərindən biri də bu ölkənin ağır iqtisadi durumu, COVİD-19 pandemiyası ilə mübarizə apara bilməyən Ermənistan hakimiyyətinin sərhəddə gərginlik yaratmaqla Ermənistan əhalisinin diqqətini problemlərdən yayındırmaq və bölgədə gərginlik yaratmaq məqsədi daşıyır. Həmsöhbətlərinə Ermənistan-Azərbaycan münaqişənin tarixindən ətraflı bəhs edən səfir Ermənistanın ölkəmizin 20 faiz torpaqlarını 30 ilə yaxın bir müddət ərzində işğalda saxladığını, ölkəmizə məxsus mədəni və dini abidələrin ermənilər tərəfindən məhv edildiyini, bu işğal nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz doğma yurdlarında didərgin düşdüyünü qeyd etdi. Səfir əlavə etdi ki, Ermənistanın bu təxribatı Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini şübhə altına alır, regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır.

Öz növbəsində məsələyə münasibət bildirən həmsöhbətlər eləcə də  A.Qraffenrid Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatla əlaqədar narahatçılığını nümayiş etdirərək ölkəmizə dəstəkləyici mövqe sərgiləmiş, İsveçrənin rəsmi mövqeyinə istinad edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulamışdır.