İsveçdə Qartsenberq şaxtasında yanğın olub.
Nəticədə 130 nəfər mədəndə qapalı qalıb. Yer altında isə 70-80 şaxtaçının olduğu bildirilir. Tüstülənmə yerin 852 metr dərinliyində başlayıb. Hadisə yerində xilasedicilər çalışır.
Məlumata görə, şaxtanın 46 sığınacaq otağı var. Oksigen ehtiyatı isə 8 saat ərzində 239 nəfərə çatacaq qədərdir. Şaxtanın daxilində bir ədəd yanğınsöndürən maşın və bir ədəd təcili yardım maşını var.