İsveçdə ilk dəfə kral ailəsi üzvlərinin saxlanma xərcləri açıqlandı

0
270

Bu il ilk dəfə olaraq, İsveç Kral ailəsinin ayrı-ayrı üzvlərinin saxlanma xərcləri açıqlanıb.

Kral iqamətgahının 2021-ci ildəki xərclərinə dair hesabata görə, İsveç kralı XVI Karl Qustav və onun həyat yoldaşı Kraliça Silvia ötən il dövlət xəzinəsindən 8 milyon kron (850 min dollar) alıblar. Həmçinin, vəliəhd şahzadə Viktoriyanın ailəsinə 4,5 milyon kron (480 min dollar), şahzadə Filipin ailəsinə 1,1 milyon kron (120 min dollar) verilib. Ən kiçik şahzadə Madelenin ailəsi isə ümumiyyətlə heç nə almayıb.

Məlumata görə, İsveç hökuməti ölkənin kral ailəsinin saxlanmasına hər il ümumilikdə 144,9 milyon kron (16 milyon dollar) ayırır. Bu məbləğin yarısı sarayların saxlanmasına, qalanı isə monarxlara və onların yaxın qohumlarına sərf olunur ki, onların hər biri üçün 13,6 milyon kron (1,45 milyon dollar) məbləğində limit var.

Mənbə: TASS