İsveçdə koronavirus pandemiyasından daha bir azərbaycanlı ölüb.
Bununla bağlı İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand “Facebook” hesabında məlumat verib.
O bildirib ki, azərbaycanlı gecə saatlarında Stokholmda vəfat edib
vəfat edən şəxs əslən Neftçala rayonundan olan 1961-ci il təvəllüdlü Hüseynov Məhərrəm Ağamirzə oğludur.
Qeyd edək ki, bundan əvvəl İsveç Krallığının paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı soydaşımız Amin Etibar oğlu Salayev yeni növ koronavirusdan vəfat edib.