“Bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq”.
Bu açıqlamanı Oxu.Az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı verib.
“Ölkə üzrə 9 dağlıq və dağətəyi rayonda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) isə mövsüm may ayının 1-də yekunlaşacaq”, – deyə E.Basqallı vurğulayıb.
“Qeyd edim ki, respublika üzrə 557 qazanxana və 88 istilik məntəqəsi “Azəristiliktəchizat” ASC-nin balansında fəaliyyət göstərib. Mövsüm ərzində 3 871 yaşayış binası, 185 mindən çox mənzil, yüzlərlə məktəb, bağça və səhiyyə müəssisəsi, eləcə də 2 mindən artıq social və təsərrüfat obyekti istiliklə təmin olunub”, – deyə E.Basqallı bildirib.