İstifadəyə yararsız toyuq əti aşkarlanıb

0
348

“Caspian Catering Supply” MMC tərəfindən Belarus Respublikasından ölkəmizə idxal edilən 19,99 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən verilən məlumata əsasən, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində 15 dekabr 2020-ci il tarixində istehsal edilən dondurulmuş toyuq məhsulları partiyasında salmonella aşkarlanıb.

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.