İstanbulda taxıl müqaviləsi üzrə yüksək səviyyəli görüşün tarixi açıqlandı

0
165

“Türkiyənin İstanbul şəhərində taxıl müqaviləsi üzrə yüksək səviyyəli görüş keçiriləcək”.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin elan edib.

Onun sözlərinə görə, tədbir 10-11 may tarixlərinə planlaşdırılıb.

“Sabah və o biri gün İstanbulda dördtərəfli formatda yüksəksəviyyəli görüşümüz var”, – deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl S.Verşinin Rusiya, Ukrayna, Türkiyə və BMT-nin iştirakı ilə görüş keçiriləcəyini deyib.