Türkiyənin bəzi bölgələrində rekord istilər qeydə alınıb.
Belə ki, 100 ildə ilk dəfə olaraq may ayında temperatur 40 dərəcəni keçib.
İstanbulda may ayında 34,5 və İzmirdə 40,2 dərəcə temperatur müşahidə edilib.
Xüsusilə Mərmərə, Egey və Cənub-Şərqi Anadolu bölgələrində temperatur sürətlə yüksəlib.
Yüksək temperaturun bir müddət davam edəcəyi bildirilib.