İstanbul zəlzələsi neçə bal olacaq? – Naci Görür dəhşətli proqnoz verdi

0
203

“Geologiyada demək olar ki, hər şey ehtimal faizi baxımından müzakirə olunur. Dünyanın necə olacağını dəqiq deyə bilmərik, riyaziyyat kimi deyil”.

Bu sözləri seysmoloq Naci Görür deyib.

O qeyd edib ki, həmişə “bəlkə” demək lazımdır:

“Xüsusilə Avropa yaxasında, Haliçdən Silivriyə qədər, Bakırköy və Zeytinburnu kimi dənizə yaxın ərazilər zəlzələdən daha ciddi təsirlənəcək. Çünki zəlzələnin intensivliyi ümumiyyətlə Haliçdən Silivriyə qədər 9 bal gücünə çatacaq. 9 bal gücündə zəlzələnin təsiri altında olmaq o deməkdir ki, hətta çox yaxşı tikilmiş binalar da ciddi ziyan vura bilər.

Həmçinin zəlzələdə ciddi su problemi də yaranacaq. İstanbulda kanalizasiya və içməli su yan-yanadır. Zəlzələ zamanı bunlar qırılır və dağılır, kanalizasiya suları içməli su şəbəkəsinə qarışır. Bu da xəstəliyə və susuzluğa səbəb olacaq”.