İstanbul üçün böyük plan: səfərbərlik elan ediləcək

0
192

Türkiyədə hökumət “Kentsel dönüşüm” (Türkiyənin xüsusi şəhərsalma layihəsi) səfərbərlik strategiyasını hazırlayıb.

“Dayanıqlı şəhərlər” adlı yeni strategiya çərçivəsində daşqınlar, kənd təsərrüfatı sahələrində quraqlıq, eləcə də zəlzələ kimi fəlakətlərə qarşı həssaslıq azalacaq.

Son illərdə Türkiyənin ən böyük reallığı olan sel, torpaq sürüşməsi, qrunt sularının çəkilməsi nəticəsində çökmələr, zəlzələlər kimi fəlakətlər indi iqlim böhranının təsiri ilə yaşayış sahələrinin yenidən formalaşdırılmasını tələb edir.

“Kentsel dönüşüm” səfərbərlik strategiyasının daha da inkişaf etdirildiyi “Dayanıqlı şəhərlər” layihəsində sosial ehtiyaclara uyğun dayanıqlı urbanizasiya modeli ilə fəlakətə davamlı yaşayış sahələri yaradılacaq.

Layihə çərçivəsində vətəndaşların xoşbəxtliyini maksimum dərəcədə artırmaq və sosial rifahı artırmaq üçün şəhərlər daha möhkəm və təhlükəsiz olacaq.