İstanbulun Silivri rayonunda polis doqquz ayrı villada kriptovalyuta fırıldaqçılarına basqın edib.
Basqın nəticəsində 119 Çin vətəndaşı saxlanılıb. Bunlardan 18 nəfərin digərlərinin pasportlarını əllərindən alaraq villalardan çıxmağı qadan etdiyi və çalışdırdığı üzə çıxıb. Zorla çalışdırılan şəxslər proqramçılar olublar.
Faktın üstü villalardan birindən iki nəfərin qaçaraq polisə məlumat verməsi nəticəsində açılıb.