Türkiyənin İstanbul Hava Limanında uçuşlar tədricən normal qrafikə qayıdır.
Bu barədə Türk Hava Yollarının baş direktoru Bilal Ekşi “Twitter” hesabından açıqlama verib:
“Saat 07:00-13:00 (gəliş və gediş) arasında 131 reys planlaşdırılır”.
O həmçinin səyahət edənlərin hava limanlarına çatmazdan əvvəl aeroportun veb-saytında uçuşların cədvəlini yoxlamalarını da xatırladıb.