İstanbul gecə 41 dəfə silkələndi – Sakinlər küçələrdə qaldı – VİDEO

0
427

Dünən İstanbulda baş verən güclü zəlzələnin ardınca daha 41 təkan qeydə alınıb.

İstanbulda saat 23.20-də  başlayaraq yenidən yeraltı təkanlar olub.

Səhərə qədər ən böyüyü 3.2 bal gücündə 41 zəlzələ baş verib.

Bu barədə məlumatı Kandilli Rəsədxanası yayıb. Sonuncu titrəyiş səhər saat 08:08-də qeydə alınıb.

Zəlzələnin qorxusundan insanlar küçələrə axışıb və evlərinə getməyiblər.