İştahöldürücü dərmanların fəsadları

0
366

İştahöldürücü dərmanlar beynin iştah nöqtələrinə təsir edir. Bir müddət ac qalan mədə öz şirəsinin təsirindən zədələnir. Bu dərmanlar insana həm də psixoloji təsir edərək xroniki depressiya və halsızlıq yaradır.

Bu sözləri dietoloq Nərgiz Nəzirova deyib. Mütəxəssis qeyd edib ki, aclıqdan əsəblər sıradan çıxır:

“Nahaq əziyyət çəkməyin. Onsuz da dərmanları tərgitdikdən sonra yenə də kökələcəksiniz. Ən doğrusu sağlam şəkildə pəhrizinizi davam edin!”

Dietoloq arıqlamaq istəyən xanımlara rəngarəng pəhrizi tövsiyə edib:

“Arıqlamaq və düzgün bədən quruluşuna sahib olmaq bütün xanımların istəyidir. Orta ölçüdə, cürbəcür rəngdə 2-3 ədəd müxtəlif tərəvəzi yuyub, qurulayıb, bıçaqla 1-2 yerdən deşib, əvvəlcədən isidilmiş sobada bişirin.

Tərəvəzlər qabıqlı bişməli və isti halda yeyilməlidir. Pəhriz zamanı ət əvəzinə balıq yemək çox xeyirlidir.

Əgər şirniyyat yemək istəyirsinizsə, meyvələri sobaya eyni qaydada yerləşdirib üzərinə darçın səpin. Desert isti və soyuq halda yeyilə bilər. Pəhriz zamanı kartofdan az istifadə edin. Sobada bişmiş tərəvəzlərlə bərabər kələm şirəsi içmək arıqladıcı effekt verir. Kələmin üzərinə qaynar su töküb bir neçə dəqiqədən sonra yemək mədə xorasını sağaldır, bakteriyaları öldürür”.