Təbii ki, yox. Yaxşı, onda bu istəklər necə yaranır? Əlbəttə ki, yaşam dövrlərimizdəki ehtiyaclardan… Bu ehtiyaclar yaşamın bütün sahələrində və əlbəttə ki, qəlbimizdə yaranır. Bu yaşantıların səbəblərini hələ ki, aşkar edən yoxdur. Müxtəlif sahə bilicilərinin araşdırmaları, məlumatları ilahi yaratımda birləşir. Bizim bildiyimiz, yaşam dövründəki real həyatımızdır. Necə böyüyürük, nə yeyirik, nə öyrənirik, necə yaşayırıq, nəyə, kimə inanırıq?
İstədiklərimizi isə həyata baxışlarımız müəyyənləşdirir. Bu baxışların düzgün və ya səhv olmasını dərk etmək də ağıl çərçivəsinə sığmır. Amma hər kəsin öyrəndikləri, inandıqları, sevdiklərinə uyğun həyat qurulur. Bu həyatı yaşam dövründə fikirlər də dəyişə bilər, istəklər də… İnsanın təməli isə dəyişmir.
Təməl nədir?
Varlığımızı həyata birləşdirən yol.
Bu yol qanımızdan gedir. Canımızdan, ürəyimizdən, beynimizdən gəlir və həyatda gördüklərimizlə birləşir.
Bu yolu müəyyənləşdirən tale, qismətdirmi?
Bunu da bilmirik…
Amma nəyəsə inanmadan yaşamaq da mümkün deyil. Ən güclü silah Allaha inamdır. İlahi tövsiyə isə ömür boyu həyatı öyrənməkdir. Təkcə yaşamaq deyil…
Mənim yazdıqlarım hər kəsin bildiyinizdir, sadəcə bunları heç vaxt unutmamalıyıq. Qəlbimizin sevgisini həyati borclara dirsəkləməliyik. Həyat təkcə fiziki, əqli deyil, həm də mənəvi yaşamdır. Heç vaxt hər şeyi bildiyimizə arxayın olmayaq. İnsan nə qədər çox öyrənirsə, bir o qədər də bilmədiyini edir. Ona görə də, bildiklərimizə uyğun həyata davam etməliyik.
“Ömür bir pəncərədir” – demişlər. Bu pəncərədən işıqlı sabahların görüntüsü əskik olmasın. İstəklərimizin xeyirlisini seçək…
Sənubər Səhər