ABŞ Əmək Nazirliyi yeni hesab yayıb.
Hesabatda koronavirus infeksiyası yayılandan sonra Amerikada işsizlərin sayı və vəziyyəti barədə danışılır. Sənəddə son iki həftənin göstəriciləri əksini tapıb.
Bildirilir ki, işsiz amerikalıların sayı artıq 30 milyon nəfəri ötüb. Bu isə amerikalıların 23%-nin dövlətə müavinət üçün müraciət etməsi deməkdir.
Mütəxəssislər hesabatda real tədbirlər görülməyəcəyi təqdirdə tezliklə ABŞ-da işsizlərin sayının 37 milyondan çox olacağını qeyd edirlər. Sənəddə pandemiya dövrünün statistik rəqəmləri 1933-cü ilin böyük depressiyasından sonrakı vəziyyətlə müqayisə olunur.
Hesabatda mart ayının ortalarında maliyyə naziri Stiven Menuçinin Ağ evə müraciəti də xatırlanır. Nazir o zaman təkliflər paketi və biznesə lazımi dəstək olnayacağı təqdirdə işsizliyin 20% həddinə çatacağı barədə proqnoz vermişdi.