İsrailin bombalanması əmrini kim verib? – “New York Times”da ilginc faktlar

0
82

İran prezidenti Məsud Pezeşkiana İslam Respublikasının oktyabrın 1-i axşam saatlarında İsrailə qarşı həyata keçirdiyi raket hücumları barədə məlumat verilmədiyi iddia edilib.

Bu barədə “New York Times”ın köşə yazarı Tomas Fridman mənbələrə istinadən yazıb.

Məlumata görə, raket hücumunu İran Hərbi Hava Qüvvələri deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri təşkil edib.

Eyni zamanda, mənbələrin iddiasına görə, Pezeşkianın hücumdan əvvəl bu barədə xəbəri olmayıb. Bu isə İran rəhbərliyində əməliyyatla bağlı fikir ayrılıqlarının olduğunu deməyə əsas verir.

Bundan əvvəl İran prezidenti İsrailə raket hücumunu İsrailin təcavüzkar hərəkətlərinə qarşı milli maraqların müdafiəsi adlandırıb.

İsrailin Baş Qərargahı isə “vaxt seçəcəyini” və hücuma sürpriz cavab verəcəyini vəd edib. İranın ali lideri Ayətullah Əli Xamenei isə öz növbəsində ibrani dilində İsrailə hücumların daha geniş və dağıdıcı olacağı barədə xəbərdarlıq edib.