İsraildən gəlmiş həkimlər qazimizi əməliyyat etdilər – FOTO

0
405
Calls for tort reform in regards to medical malpractice are popular on the campaign trail. But research shows that costs from medical liability make up just 2 to 2.5 percent of total health care spending in the U.S.

Bu gündən İsraildən olan həkimlər briqadası Azərbaycanda Vətən müharibəsi qazilərinin müalicəsinə başlayıb.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin ölkələrimizin arasında diplomatik münasibətlərin inkişafı, iqtisadi artım və dostluq münasibətlərinə dair “Twitter” hesabında (Israel in Azerbaijan) paylaşım edilib.

“İlk gün, vaxt itirmək olmaz: bu gün İsrail həkimlərindən ibarət briqada ilk pasiyentlərini müalicə ediblər. Nuralı Abdullayev müharibə zamanı gözünü itirib və sifətində deformasiya yaranıb. Ancaq bu gün İsraildən gətirilmiş protez gözlə təmin olunub. Həkimlər yorulmadan çalışırlar”, – deyə bildirilib.

Xatırladaq ki, İsraildən ölkəmizə humanitar həkim heyəti “YAŞAT” Fondunun təşəbbüsü ilə gəlib.