İsraildə bir nəfər yerli sakinin erməni məhəlləsində xatirə lövhəsini çəkməsi yekunda qalmaqalla nəticələnib.
Belə ki, rusdilli yerli sakinlərdən biri memarlıq abidəsinin üzərindəki lövhəni çəkərək oradakı yazıların erməni, ivrit, ərəb və ingilis dilində olduğunu, amma rus dilinə yer verilmədiyini bildirib. O, qeyd edib ki, Rusiya dünyada Ermənistanın varlığının əsas qarantı olsa da, üçüncü ölkədə olan kimi bu ölkənin elədikləri ermənilərin yadından çıxır, onlar hətta öz xilaskarlarına da xəyanət edə bilərlər.
Bu zaman videonu çəkən şəxsə yaxınlaşan ermənilər onunla mübahisə etməyə başlayıblar. Mübahisə zamanı İsraildə yaşamağına baxmayaraq öz həyasız erməni xislətindən əl çəkməyən şəxs iddia edib ki, Ermənistan hələ qədim Roma imperiyasının zamanından var olub, onlara Rusiya dəstək olmur, ümumiyyətlə, Ermənistan olanda heç kim yox imiş.
Sözügedən videonu təqdim edirik: