İsraildə keçirilən parlament seçkilərində ən çox səs toplayan rəqib partiyalar “Likud” və “Kaxol-Lavan” koalisiya haqqında razılaşma imzalayıblar.
Məlumata görə, razılaşma baş nazir Benyamin Netanyahu və parlamentin spikeri Beni Hans tərəfindən imzalanıb.
Razılaşmaya əsasən, 1,5 ildən sonra baş nazir vəzifəsini B.Hans icra edəcək.