İsraildə mədəaltı vəzi xərçənginə qarşı vasitə yaradıldı

0
433

Tel-Əviv Universitetinin tibb fakültəsinin professoru Malka Koen-Armon mədəaltı vəzinin xərçəngi ilə mübarizə aparacaq məhlulu kəşf etdiyini bəyan edib.

“Bizim araşdırma qrupumuz PJ34 molekulunun siçanlara təsirinin yoxlanılmasını bitirib”, – deyə o qeyd edib.

“RİA Novosti” xəbər verir ki, professor alınan nəticələrin möhtəşəm olduğunu bildirib.

“Müalicəni bir aylıq dayandırdıqdan sonra nə baş verdiyini yoxladıq. Gistologiya nəticələri xərçəng hüceyrələrinin 90%-nin yox olduğunu göstərib”, – deyə M.Koen-Armon əlavə edib.

Mütəxəssislər şişin tam yox olmadığını bildirir, çünki məhz mədəaltı vəzi xərçəngi zamanı şişin yarısı xərçəng hüceyrələrinin inkişaf etməsinə kömək edən sağlam hüceyrələrdən ibarət olur.
Nəticədə, Tel-Əviv Universitetinin alimləri PJ34 molekullarının məhz xərçəng hüceyrələrini öldürdüyünü və sağlam hüceyrələrə toxunmadığını müəyyən ediblər.

“Bu zaman xərçəng hüceyrələrində nə baş verir? Bu balaca PJ34 molekulu onların içində özünü məhvetmə mexanizmini işə salır. Bu yalnız bədxassəli hüceyrələri əhatə edir. Əgər hüceyrə sağlamdırsa, molekul ona heç bir xətər yetirmir.

Başqa sözlə, biz xərçəng və sağlam hüceyrələrlə bağlı fərqli işləyən mexanizm kəşf etmişik. Buna bu balaca molekul səbəb olub. Biz onun mövcud olmasından xəbərsiz idik”, – deyə Koen-Armon vurğulayıb.