İsrail yeni hücum planı hazırlayır – “Avroviziya” təhlükədə

0
704

İsrailin hərbi siyasi kabineti ölkə ordusuna yeni tapşırıq verib. Tapşırığa əsasən, ordu Fələstinə zərbələri davam etdirməli və  hücum planının yeni mərhələsinə hazırlaşmalıdır. Ölkə rəhbərliyi bunu İsrailin  və vətəndaşların təhülkəsizliyinin qorunması ilə əlaqələndirib.

Son iki gündə İsrail Qəzzaya 600 raket zərbəsi endirib. Bu 2014-cü ildən bəri tərəflər arasında yaranmış ən böyük silahlı qarşıdurmadır. Bu fonda Tel-Əvivdə keçirilməsi planlaşdırılan “Eurovision -2019” mahnı müsabiqəsinin də taleyi şübhə altına düşür.