İsrail Türkiyədə olan bütün diplomatlarını geri çağırıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Vurğulanıb ki, bu qərar səfir də daxil olmaqla bütün diplomatlara şamil edilib.
Təl-Əviv müvafiq qərarı təhlükəsizlik baxımından verdiyi bildirilir.
Qeyd edək ki, diplomatların geri çağırılması faktiki olaraq İsrailin Türkiyədəki səfirliyinin öz fəlaiyyətini dayandırması ilə nəticələnəcək.