İsrail sözünü tutdu: Trampın adına qəsəbə salındı

0
538

Qolan təpələrində ABŞ Prezidenti Donald Trampın adını daşıyan yaşayış məntəqəsinin təməli qoyulub.

D.Trampın İsrailin Qolan təpələrindəki hakimiyyətini tanımasına təşəkkür jesti olaraq Ramat Tramp (Tramp təpələri) adlı qəsəbə salınacaq.

Təməlqoyma mərasimində İsrail Baş naziri Benyamin Netanyahu, prezidenti Reuven Rivlin və digər hökumət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, bir neçə ay öncə D.Tramp İsrailin Qolan təpələri üzərindəki hakimiyyətini tanımışdı.