İsrail Hərbi Hava Qüvvələri HƏMAS təşkilatının hərbi bazalarına raket zərbələri endirib.
Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, ötən gün Qəzza zolağından İsrailin Beer-Şeva şəhəri raket atəşinə məruz qalıb.
Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları HƏMAS-ın obyektlərini hədəf alıb.