İsrailin Rusiya ilə yaxşı münasibətlərdə olması çox vacibdir. Hər iki ölkəni ümumi maraqlar, eləcə də regional təhlükəsizlik məsələləri birləşdirir.
Bunu İsrailin müxalif Yeş Atid Partiyasının sədri Yair Lapid deyib.
“İsrail dövləti üçün Rusiya ilə yaxşı münasibətlərdə olmaq çox vacibdir. Ölkələr arasında münasibətlər ümumi maraqlara əsaslanır. Bizim də ümumi maraqlarımız var o cümlədən Suriyada sabitliyin saxlanılması bizim maraqlarımıza daxildir. Rusiyanın Suriyada güclü və vacib mövcudluğu var”, – deyə o bildirib.