İsrail ordusunun quru əməliyyatı öncəsi anklavın cənubuna doğru hərəkət etmələri barədə xəbərdarlıqlarına baxmayaraq, Qəzza şəhərində təxminən 100 min nəfər qalıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.
Polkovnik-leytenant Conatan Konrikusun sözlərinə görə, gücləndirilmiş hərbi əməliyyatlar bunun üçün doğru zaman seçildikdə başlayacaq.