İsrail İrana qarşı hərbi əməliyyatı genişləndirdi

0
13

İsrail Müdafiə Qüvvələri (İDF) İranın nüvə proqramına qarşı hərbi əməliyyatının miqyasını genişləndirir və onlarla hərbi obyektə zərbələr endirir.

Bunu İsrailin baş nazirinin ofisinin müşaviri Dmitri Qendelman bildirib.

“İDF İran daxilində genişmiqyaslı əməliyyatını genişləndirir, nüvə proqramını hədəfləyir və rejimin davam edən təcavüzünə cavab verir. Dəqiq kəşfiyyat məlumatları əsasında onlarla əsas hədəfə, o cümlədən ballistik raket qurğuları, hərbi bazalar və strateji infrastruktura zərbələr endirilir”, – Qendelman “Telegram” kanalında yazıb.

Müşavir həmçinin israilliləri ölkə daxilində sığınacaqlara yaxın olmağa və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etməyə çağırıb.