Güclü Azərbaycan İsrailin maraqlarına cavab verir, cünki bu ölkə İsrail üçün müttəfiq olmaqdan daha artıqdır.
Bu barədə İsrailin “Safadi” Beynəlxalq Diplomatiya, İnformasiya, Tədqiqat və İnsan Haqları Mərkəzinin siyasi təhlilçisi, “Qadınlar və cihad: Amerika, İsrail və ərəb mediasında fələstinli terrorçular” kitabının müəllifi Reyçel Avraamın “Israel Hayom” qəzetində dərc edilən məqaləsində yazılıb.
Məqalədə Ermənistan Silahlı Qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribata diqqət yönəldilir