İsrail əsgərləri son 24 saat ərzində Livan və Qəzza zolağında onlarla terrorçunu məhv ediblər.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qəzza zolağının şimalında, Cəbəliyə bölgəsində onlarla terrorçu ilə yanaşı, onların infrastrukturu və silah anbarı da sıradan çıxarılıb.
Əməliyyat Beyt Lahia bölgəsində və anklavın cənubunda, Rəfah yaxınlığında da davam etdirilir.