İsrail 48 saat ərzində döyüşlərə başlaya bilər: Qəzzaya XƏBƏRDARLIQ

0
883

İsrail Müdafiə Qüvvələri (IDF) 48 saat ərzində Qəzza şəhərində döyüşlərə başlamağa hazır olduqlarını açıqlayıb.

Bu barədə Haaretz məlumat verib.

“Qəzza zolağındakı qüvvələr 48 saat ərzində Qəzza şəhərini tamamilə mühasirəyə alacaq və döyüşə başlayacaq”, – deyə jurnalistlər yazır.

“İsrail hakimiyyəti bu yolla HƏMAS döyüşçülərini tamamilə məhv etməyi, həmçinin onların tunellərini və hərbi obyektlərini məhv etməyi planlaşdırır. İDF hökümətin HƏMAS-ı məhv etmək məqsədinə nail olmağına inanır, lakin bu, uzun müddət zaman tələb edəcək. Ərazini terrorçulardan təmizləmək üçün ehtiyatlı və nisbətən yavaş hərəkət etmək lazımdır”, – nəşrin müəllifləri izah edirlər.

Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) quru qoşunlarının Qəzza zolağında HƏMAS-ın hərbi düşərgəsini nəzarətə götürdüyü bildirilirdi. Nəzarətə götürülən kompleksin ərazisində müşahidə məntəqələri, yaraqlılar üçün təlim meydançaları, həmçinin terrorçular üçün yeraltı tunellər var.