İspaniya çempionatının oyunları bir dəqiqəlik sükutla başlayacaq

0
337

Koronavirusdan həyatını itirənlərin xatirəsini yad etmək məqsədilə futbol üzrə İspaniya çempionatının oyunları bir dəqiqəlik sükutla başlayacaq.

La Liqada oyunlar iyunun 11-də “Real Betis” – “Sevilya” matçı ilə bərpa olunacaq.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən İspaniyada mart ayının ortalarından bütün kütləvi tədbirlər təxirə salınmışdı.