İsmayıllıya qar yağdı – Foto

0
400

Ötən gün səhər saatlarından başlayaraq yağan qar İsmayıllının şimal dağlıq ərazilərini ağ örpəyə bürüyüb, rayonun Basqal və Lahıc qəsəbələrində, Tağlabiyan, Kəlfərəc, Mücü, Sulut, Xankəndi, Yuxarı Cülyan, Müdrü, Müdrüsə, Mulux, Nanıc, Vaşa, Daxar, Prirəqanım və Əhən kəndlərində qarın hündürlüyü 5-10 santimetrə çatıb.Yağan qar heç bir fəsad törətməyib.