İsmayıllı rayonunda 70-ə yaxın kənd işıqsız qalıb.
Bu barədə rayonun İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, kəskin külək və yağış səbəbindən elektrik təchizatına ciddi ziyan dəyib:
“Gecə saatlarından başlayan külək səbəbindən xüsusilə elektrik təchizatına ziyan dəyib. Naqillər sıradan çıxıb. Müraciətlər toplanır. Hazırda şəhər ərazisində elektrik enerjisinin verilişi bərpa olunsa da, 70-ə yaxın kənddə işıq yoxdur. Aidiyyəti qurumlar və əməkdaşlarımız ərazilərə yollanıb. Bu dəqiqə üçün külək azalıb, hər şey qaydasındadır”.