İslamiada: Azərbaycan idmançıları 10 növdə mübarizə aparacaqlar

0
213

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 9-cu günə start veriləcək.

bu gün Azərbaycan təmsilçiləri 10 idman növündə qüvvəsini sınayacaq.

Ağırlıqqaldırma (kişilər)
A qrupu
11:30. Paşa İbrahimli (73 kq)
B qrupu
13:00. Füqan Əliyev (81 kq)

Güləş (yunan-Roma və qadın güləşi)
Təsnifat – 12:30. Finallar – 18:30.
Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq)
Qadın güləşi: Jalə Əliyeva (57 kq)

Həndbol (qadınlar)
yarımfinal
14:00. Azərbaycan – Özbəkistan

Voleybol (kişilər)
B qrupu
17:00. Azərbaycan – Mərakeş

Basketbol 3×3 (kişilər)
C qrupu
17:20. Mali – Azərbaycan
22:00. Azərbaycan – Türkiyə

Bədii gimnastika
Fərdi və komanda sıralama, təsnifat və finallar
15:00. Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova və Azərbaycanın qrup hərəkətlərindən ibarət komandası

Aerobika gimnastikası
Kişilər və qadınlar
11:00. Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xoşqədəm Quliyeva

Para-oxatma (qadınlar)
15:00. Azadə Abdullayeva

Velosiped
10:00. Kişilər və qadınlar
Qadınlar, 100 km: Viktoriya Sidorenko və Lalə Əbdürəhmanova
Kişilər, 130 km: Elçin Əsədov, Musa Mikayılzadə, Elvin Əlizadə, Şahin Eyvazov, Nəcəf Bağırov və Əli Qurbanov

Üzgüçülük
Təsnifat – saat 11:00, yarımfinallar və finallar – 18:00
100 m. batterflay, kişilər: Ramil Vəlizadə
50 m. brass, qadınlar: Ayan Kələntərova
50 m. brass, kişilər: Vəli İsrafilov
200 m. individual qarışıq, qadınlar: Ayan Kələntərova
4×100 m. sərbəst, kişilər: Rəşad Alquliyev, Vəli İsrafilov, Əbdürrəhman Rüstəmov, Nihat Yusubov
800 m. sərbəst, qadınlar: Aysel Səfərova

Qeyd edək ki, ilk səkkiz günün nəticəsinə əsasən, Azərbaycan yeddi qızıl, 12 gümüş və 14 bürünc medal qazanıb. Ölkə medal sıralamasında bu nəticə ilə Türkiyə, İran, Özbəkistan və Qazaxıstandan sonra 5-ci yerdədir.