Zəngli saatın qurulması üçün ən optimal vaxt 7:22-dir. Çünki 5:22 ilə 7:21 arasında yuxudan duranlar, bundan gec oyananlara nisbətən daha yüksək kortizol (stress hormonu) səviyyəsinə malikdirlər.
Bu barədə Britaniyanın Vestminster Universitetinin alimlərinin apardıqları araşdırmadan məlum olub.
Tədqiqat gün ərzində mütəmadi yerinə yetirilən işlər üçün vaxtın seçilməsinə, həmçinin bunun nə üçün vacib olduğuna aiddir.
Məsələn, bildirilir ki, dişlər səhər yeməyindən əvvəl fırçalanmalıdır, çünki sonra olarsa diş minasının aşınmasına səbəb olur.
“Səhər yeməyini səhər 8-dən əvvəl etmək məsləhətdir. Vacib qərarlar üçün isə ən yaxşı vaxt səhər 11-dən 12-ə qədərdir, çünki bu zaman insanın idrak qabiliyyəti pik həddə olur. Mürgüləmək üçün ideal vaxt günortadan axşam 4-ə qədər olan vaxtdır” , – deyə araşdırmada bildirilir.
Alimlər qəhvəni səhər saat 9-dan günorta 14-ə qədər içməyə məsləhət görür. Elm adamlarının sözlərinə görə məhz həmin saatlarda içki yuxunu pozmadan enerji ilə təmin edir.