İşıqforun qırmızı işığında iki avtomobil toqquşdu – FOTO – VİDEO

0
519
Bakıda sürət həddinin aşılması, eyni zamanda sürücünün diqqətinin yayınması nəticəsində yol qəzası baş verib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 10 VG 401 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman onu idarə edən sürücü Zaur Hüseynovun diqqətini mobil telefon yayındırıb. Nəticədə o, idarəetməni itirirək işıqforun qırmızı işığında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.